Əsas Səhifə > Güney Press > ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək

ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək


Bu gün, 08:59

ABŞ Prezidenti Donald Tramp Venesuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin yardım göstərməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

"Venesuela xalqını sarsıdan iki güclü zəlzələ genişmiqyaslı olub və çox sayda insanın həyatına son qoyub", - deyə ABŞ Prezidenti qeyd edib.

Onun sözlərinə görə, ABŞ yardım göstərmək üçün tam hazırdır.

"ABŞ yardım etməyə hazırdır, bunu istəyir və buna qadirdir. Hökumətimizin bütün qurumlarına operativ fəaliyyətə hazırlaşmaq göstərişi vermişəm. Yeni və gözəl dostlarımızın yanında olacağıq", – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Venesuelada iyunun 24-ü axşam saatlarında təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrləri ölkənin Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.


Geri qayıt