Əsas Səhifə > Güney Press > Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq

Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq


Bu gün, 17:40

“Ermənistan” fraksiyasından olan deputat, sabiq prezident Robert Köçəryanın oğlu Levon Köçəryan hakimiyyətə qarşı küçə mübarizəsinin (mitinq) yeni mərhələsinin başlanacağınl istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.

“Küçə mübarizəsindən danışırıqsa, bu, özlüyündə məqsəd deyil. Onu təşkil edən tərəf perspektivdə ən azı müəyyən uğur ehtimalını görməlidir. Əks halda, uğur əldə olunmasa, bu, insanlarda məyusluq yaradır”, - Köçəryan qeyd edib.

O əlavə edib ki, gündəmdə belə bir variant var: “İstər seçkilər, istərsə də küçə mübarizəsi olsun, bu, tək bir siyasi qüvvənin işi deyil”.

Robert Köçəryanın “Ermənistan” və Samvel Karapetyanın “Güclü Ermənistan” blokları arasında müzakirələrin aparılıb-aparılmadığı barədə suala o, müsbət cavab verib. Həmçinin məlumat verib ki, Robert Köçəryan və Samvel Karapetyan hələ görüşməyib, ehtiyac yaranarsa, görüşəcək və ya telefonla danışacaqlar.

Levon Köçəryan birgə mitinqin keçirilməsi ilə bağlı suala cavab verməyib.


Geri qayıt