Əsas Səhifə > Güney Press > Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb

Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb


Bu gün, 17:26

Ötən il Türkiyəyə köçən xarici ölkə vətəndaşları arasında Azərbaycan vətəndaşları 2-ci sırada olub.
Yeniavaz.com
Türkiyənin rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində Türkiyəyə ümumilkdə 301 min 877 nəfər xarici ölkə vətəndaşı köçüb və onların 25 min 19 nəfəri Azərbaycan vətəndaşı olub.
Qeyd edək ki, ötən il Türkiyəyə ən çox Türkmənistan vətəndaşları köçüb. Belə ki, 2025-ci ildə Türkmənistandan Türkiyəyə 70 min 784 nəfər köç edib.
Ötən il Türkiyəyə köçən xarici ölkə vətəndaşlarının ilk 10-luğu bu cür olub:
1. Türkmənistan – 70 784 nəfər;
2. Azərbaycan – 25 019 nəfər;
3. Özbəkistan – 20 720 nəfər;
4. Misir – 18 347 nəfər;
5. Əfqanıstan – 17 390 nəfər;
6. Rusiya – 12 274 nəfər;
7. İran – 12 027 nəfər;
8. İndoneziya – 8 890 nəfər;
9. Pakistan – 8 131 nəfər;
10. Qazaxıstan – 8 127 nəfər.


Onu da bildirək ki, son 10 ildə – 2016-2025-ci illərdə 203 min 761 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə köçüb. Azərbaycandan Türkiyəyə köçənlərin 105 min 63 nəfərini kişilər, 98 min 698 nəfərini qadınlar təşkil edib.



Geri qayıt