Əsas Səhifə > Güney Press > Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildiBu gün, 17:16 |
|
Türkmənistan vətəndaşı 27 yaşlı Aqamuhammet Annaberdiyevin (ANNABERDİYEV AGAMUHAMMET) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. “Qafqazinfo” xəbər verir ki, Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A.Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Qarşılıqlı anlaşmaya əsasən sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğız Respublikasının səlahiyyətli orqanına təhvil verilib. Geri qayıt |