Əsas Səhifə > Güney Press > Azərbaycan nefti 79.76 dollara ticarət olunur

Azərbaycan nefti 79.76 dollara ticarət olunur


Bu gün, 09:45

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83% və ya 0.67 dollar ucuzlaşaraq 79.76 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80.43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Geri qayıt