Əsas Səhifə > Güney Press > ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edibBu gün, 09:05 |
|
ABŞ-nin hərbi katibi Pit Heqset şəxsən Nyu-Meksikoda lazer və mikrodalğalı silah sınaqlarını ziyarət edib. "Report" xəbər verir ki, bu barədə "Laser Wars" portalı öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, sınaqlar ABŞ ordusunun Uayt-Sends raket poliqonunda keçirilib. Onlar dronlara qarşı mübarizə aparmaq üçün çoxməqsədli lazer sistemlərindən istifadə ediblər. Buraya 20 kilovattlıq AMP-HEL, 50 kilovattlıq DE-MSHORAD və 300 kilovattlıq IFPC-HEL daxildir. Bundan əlavə, kütləvi dron hücumlarına qarşı mübarizə aparmaq üçün mikrodalğalı sistemlərin imkanları nümayiş etdirilib. Geri qayıt |