Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Deputatın şirkəti özünü müflis elan etməyə hazırlaşır

Deputatın şirkəti özünü müflis elan etməyə hazırlaşır


25-06-2014, 17:05
Deputatın şirkəti özünü müflis elan etməyə hazırlaşır
DİA.AZ: - Neçə müddətdir ki, bir-birinin ardından satış məntəqələrini - köşklərini itirən В«QasidВ» Mətbuat yayımı firmasının fəaliyyətinə xitam verilir. Bu barədə DİA.AZ-a qurumdan daxil olan informasiyada bildirilir ki, В«QasidВ»in rəhbəri deputat Mirkazım Kazımov tərəfindən verilən bu qərarın icrası bu ilin sentyabr ayına planlaşdırılır.

Mənbənin diaaz.space-a söylədikləri: В«Artıq firmanın satış köşklərinin sayı ciddi şəkildə azalıb. Günü-gündən В«QasidВ»də ixtisarlar aparılsa da, firmanın qəzetlər qarşısında külli miqdarda borcu yaranıb. Hətta ola bilsin ki, В«QasidВ» rəsmi qaydada müflis elan edilsin. Bunun prosedurları axtarılırВ».

Mənbə həmçinin onu da əlavə edib ki, artıq firma yeni qəzetlərlə və ümumiyyətlə, yeni dönəm üçün müqavilələrin bağlanmasını dayandırıb: В«Bu da məlum qərarla əlaqədardırВ».

Geri qayıt