Əsas Səhifə > Güney Press > Putin artıq xalqı aldada bilmir

Putin artıq xalqı aldada bilmir


Bu gün, 07:31

Ukrayna dronları Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyada həyatı getdikcə çətinləşdirir. Təkrarlanan zərbələr Rusiyanın hava hücumundan müdafiə sistemlərinin keçilməz olmadığını göstərir.

Axar.az xəbər verir ki, bunu Britaniya ordusunun polkovniki Hemiş de Bretton-Qordon “Telegraf” qəzetindəki məqaləsində qeyd edir.

Onun fikrincə, Rusiya lideri Vladimir Putin hazırda qeyri-müəyyən vəziyyətdədir:

“Putin Moskva və Sankt-Peterburq əhalisindən xoşagəlməz həqiqəti gizlətmək üçün təbliğat maşınından istifadə edir. Dövlət artıq onların təhlükəsizliyinə zəmanət verə bilməz. Ukraynanın genişlənən dron kampaniyası isə müharibəni Rusiyanın şəhər ərazilərinə gətirir”.

Qordon qeyd edib ki, Ukraynanın öz şəhərlərini Rusiya ilə müqayisədə daha yaxşı müdafiə etməsi Putinin əleyhinə işləyən faktlardan biridir və bunu Rusiya vətəndaşları çox aydın görür.


Geri qayıt