Əsas Səhifə > Güney Press > Ronaldo üçün hələ hər şey indi başlayır...

Ronaldo üçün hələ hər şey indi başlayır...


Bu gün, 03:34

DÇ-dən əvvəl yazdığım kimi, Ronaldo mane olmasa, Portuqaliya finala qədər gedə bilər. Kriştiano yorğanı özünə çəkmək yox, komanda oyunçusu olmaqla məşğul olmalıdır. Belə olsa, hər şey yaxşı olacaq. Həm ona, həm də millisinə. Bu matçdakı kimi.
İkinci qol sənət əsəridir. Orada sadəcə poz verib, zərbə vurmadan, topa toxunmadan etdiyi hərəkətlər möhtəşəm idi. Bu yolla nəinki rəqibi, bütün dünyanı aldatdı, gizli bir ötürmə vermiş oldu. Bu ayrı Ronaldodur. Çünki bizim tanıdığımız Ronaldo o cərimə zərbəsini heç kimə verməz, mütləq özü vurardı. Görünür, ilk matçda aldığı dərsdən yaxşı nəticə çıxarıb.
Qolla bitməyən digər epizod da var. Köhnə Ronaldo 100 faiz 40 metrdən gəlib topu ya canlı səddə vurar, ya da tribunalara göndərərdi. Amma kombinasiyaya razılaşdı və az qala elə özü də fərqlənəcəkdi.
Belə də davam etmək lazımdır. Çünki qarşıda daha ciddi rəqiblər olacaq və bu qədər rahat epizod verməyəcəklər. Hər şey hələ indi başlayır.
Müəllif: Kənan Məstəliyev - "DİA-AZ"

Geri qayıt