|
Futbol üzrə Dünya çempionatında Özbəkistan yığma komandası Portuqaliya yığma komandasına 5:0 hesabı ilə məğlub oldu. Özbəkistanın ötən əsrin 70- ci illərində “Paxtakor” futbol klubu böyük uğurlara imza atmışdı. Lakin 11 avqust 1979- cu ildə dəhşətli təyyarə qəzasında klubun 17 futbolçusu həlak oldu. Bununla da futbol məktəbi sıradan çıxdı. İndi futbolun fəlsəfəsi dəyişib. Dünya çempionu olan ölkələr ənənəyə söykənirlər. Misal olaraq, Braziliya, Argentina, Almaniya kimi ölkələrin adını çəkə bilərik. Fikrimcə, Özbəkistan, Türkiyə və dünya çempionatında oynaya bilməyən ölkələr futbola xərclədikləri milyonlarla dollar vəsaiti elmə və təhsilə xərcləsələr daha yaxşı olar. İnsan kapitalının inkişafı hər şeydən önəmlidir. Potensial yoxdur və futbol tamamilə başqa fəzadə yerləşir.
Müəllif: Etibar Əliyev - keçmiş deputat
"DİA-AZ"
Geri qayıt
|