Əsas Səhifə > Güney Press > 11 milyonluq daha bir şirkət MMC-yə çevrilir

11 milyonluq daha bir şirkət MMC-yə çevrilir


Bu gün, 17:01

“Azər Maya İstehsal” QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir.

"DİA-AZ" xəbər verir ki, QSC çevrilmə şəklində yenidən təşkil olunaraq MMC-yə çevrilir.

“Azər Maya İstehsal” MMC “Azər Maya İstehsal” QSC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisidir.

Qeyd edək ki, şirkət 2021-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 10 milyon 761 min manat olan şirkətin qanuni təmsilçisi Əliyev Elvin Eldar oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədir.


Geri qayıt