Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni fəaldan Sərkisyana “gəl bu peyini yığışdır” zəngi

Erməni fəaldan Sərkisyana “gəl bu peyini yığışdır” zəngi


25-06-2014, 16:21
Erməni fəaldan Sərkisyana “gəl bu peyini yığışdır” zəngi
Ermənistanda prezident Serj Sərkisyanın evinin qarşısında etiraz aksiyası təşkil edən vətəndaş cəmiyyəti fəallarından biri Vardqes Qasparinin evinin qapısının ağzına peyin töküblər.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, ilk belə hadisə deyil.

Fəalın qonşuları onu xəbərdar ediblər ki, başına daha pis iş gəlməməsi üçün ehtiyatlı olsun.

V.Qaspari iki gün əvvəl elektrik enerjisinin bahalaşmasına etiraz olaraq Sərkisyanın iqamətgahı qarşısında keçirilən piketdə “Ən əxlaqsız sutenyorlardan da alçaq, yaramaz” sözləri yazılmış plakat qaldırıb. Həmin sözlərin kimə ünvanlandığı göstərilməyib, ancaq təxmin etmək olar ki, bu sözlər Sərkisyana ünvanlanmışdı.

Erməni fəaldan Sərkisyana “gəl bu peyini yığışdır” zəngi

Həmin piketdə polis aksiyaçılara güc tətbiq edib və 27 nəfər saxlanılıb. Ardınca Qasparinin qapısı ağzına naməlum şəxslər peyin töküblər.

“Mən Vigen Sərkisyana - Prezident Aparatının rəhbərinə zəng etdim və dedim ki, Serj Sərkisyana çatdırsınlar, qoy gəlib bu peyini yığışdırıb aparsın” - deyə vətəndaş cəmiyyəti fəalı bildirib.

Bundan əvvəl Qasparinin evinin qarşısında Ermənistanın polis rəisi Vladimir Qasparyanın evinin qarşısında təşkil edilmiş piketdən sonra peyin tökülmüşdü. Həmçinin polisin iddiası əsasında Qasparinin evinə həbs qoyulub və bank hesabları bağlanıb.

Geri qayıt