Əsas Səhifə > Güney Press > Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıqBu gün, 14:01 |
|
“İran ABŞ ilə danışıqları son dərəcə ehtiyatla davam etdirir və hadisələrin istənilən inkişafına hazırdır”. Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni deyib. “Ölkəmiz istənilən mümkün inkişafa və ya ssenariyə hazırdır. Danışıqları da bu çərçivədə aparırıq. Hər dəfə hücum etdikdə dərhal cavab veririk. Məhz belə davranmağa davam edəcəyik”, - o bildirib. Bəhreyni İranın ABŞ-yə güvənmədiyini də söyləyib: “Kiminlə danışıqlar apardığımızı bilirik. Danışıqları son dərəcə ehtiyatla aparırıq, çünki ABŞ-yə etibar etmək üçün heç bir səbəb yoxdur, etməmək üçün kifayət qədər səbəbimiz var”. Geri qayıt |