Əsas Səhifə > Güney Press > Yaxın günlərdə pomidor bahalaşacaq
Yaxın günlərdə pomidor bahalaşacaqBu gün, 13:56 |
|
"Yaxın vaxtlarda pomidorun qiymətində ciddi artım müşahidə oluna bilər".
Bu barədə Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov bildirib.
Onun sözlərinə görə, hazırda bazarda satılan pomidorların böyük hissəsi istixanalarda yetişdirilən məhsullardır. Fermer qeyd edib ki, yaxın günlərdə açıq sahələrdə yetişən pomidorlar satışa çıxarılacaq və onların qiyməti daha yüksək olacaq:
"Bu il pomidorun məhsuldarlığında ciddi azalma müşahidə edilir. Əgər ötən il bir koldan 120-170 ədəd pomidor yığılırdısa, hazırda bu göstərici 25-30 ədəd arasında dəyişir. Məhsulun azlığı qiymətlərə birbaşa təsir göstərəcək və pomidor bahalaşacaq".
Anar Abbasovun sözlərinə görə, hazırda alıcılar vəziyyətin ciddiliyini tam hiss etmirlər:
"İnsanlar hələlik bunun fərqində deyil, çünki qiymətlər nisbətən aşağıdır. Biz hər gün sahələrdə müşahidələr aparırıq və vəziyyəti yaxından izləyirik. Açıq sahələrdə yetişən pomidorlar bazara çıxarıldıqdan sonra alıcılar qiymət fərqini aydın şəkildə hiss edəcəklər".
Geri qayıt |