Əsas Səhifə > Güney Press > Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıbBu gün, 08:31 |
|
ABŞ-ın NATO-ya verdiyi töhfələr çox yüksəkdir. APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib. "Beləliklə, biz bütün bu pulları xərclədik – yəqin ki, 600... Düzdür, biz hər il təxminən 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, amma onlar bizə kömək etmədilər”, - Tramp deyib. ABŞ liderinin sözlərinə görə, əgər ABŞ hətta kiçik məsələlərdə də yardım ala bilmirsə, o zaman Vaşinqtonun da yardım göstərməkdən imtina etmək hüququ var. Qeyd edək ki, bundan öncə Tramp Avropanın İran məsələsində ABŞ-a kömək etməkdən imtina etməsini axmaqlıq adlandırmışdı. Geri qayıt |