Əsas Səhifə > Güney Press > “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi

“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi


Bu gün, 05:00

Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən “Dəmir Yumuruq TT” MMC-nin (VÖEN – 1605191131) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki ki, “Dəmir Yumuruq TT” MMC-nin 22 iyun 2026-cı il tarixinə olan vergi borcu 1 milyon 124 min 9 manat 62 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2023-cü ildə VÖEN alan “Dəmir Yumuruq TT” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Nizami rayonu, Qara Qarayev küç., ev 125A, m. 5-də yerləşən MMC-nin qanuni təmsilçisi Quliyev Turqut Aftandil oğludur.


Geri qayıt