Əsas Səhifə > Güney Press > Azərbaycan təhsili iki yol arasında qalıb:
Azərbaycan təhsili iki yol arasında qalıb:Dünən, 16:38 |
|
Son vaxtlar tətbiq edilən yeniliklərdən biri də rəqəmsal təhsildən istifadədir. Hazırda bir sıra ölkələrdə təhsil müəssisələrində məhz rəqəmsal təhsil tətbiq edilir. Ancaq bəzi ölkələr var ki, bu təhsil sisteminin o qədər müsbət nəticə vermədiyi deyilir. Belə ölkələrdən biri də İsveçdir. Dünyanın ən inkişaf etmiş təhsil sistemlərindən birinə malik olan İsveç yaxın zamanda yeni təhsil modeli kimi rəqəmsal təhsildən ənənəvi dərsliklərə keçəcək. Bəzi təhsil müəssisələri isə bu qaydanı bir neçə aydır ki, tətbiq edir. Mobil telefonlar dərslərdən uzaqlaşdırılır, şagirdlər isə ənənəvi dərsliklərə qayıdırlar. Hökumət hesab edir ki, texnologiyanın istifadəsi şagirdlərin diqqətini yayındırır və oxu vərdişlərinə mənfi təsir göstərir. Şagirdlər isə kitabdan daha yaxşı mənimsədiklərini bildirirlər. Son araşdırmalar göstərir ki, şagirdlər mətnləri anlamaqda çətinlik çəkirlər. Rəsmilər hesab edirlər ki, ənənəvi üsul bu problemi aradan qaldırmağa kömək edə bilər. Ancaq hər kəs bu yanaşma ilə razı deyil. Texnologiya mütəxəssislərinin fikrincə, gələcəyin peşələri rəqmsal bacarıqlar tələb edəcək Onların fikrincə, problem ekranlarda deyil, ondan necə istifadədir. Azərbaycan təhsil sistemində də son vaxtlar rəqəmsal təhsilin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir. Kağız jurnalların ləğvi, şagirdlərin kompüterdə daha çox istifadə etməsi genişlənir. Əgər rəqəmsal təhsil şagirdlər üçün problem yaradırsa, çııxş yolu nədir? Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə hazırda ənənəvi təhsildir və forsmajor zamanı rəqəmsal təhsildən istifadə edilir: “Hazırkı vəziyyət isə onu göstərir ki, dünyada rəqəmsal təhsildən istifadə genişlənir. Xüsusilə də inkişaf etmiş ölkələrdə, Çin, Cənubi Koreya, Yaponiya, ABŞ-nin bəzi ştatlarında ona daha çox yer verilir. Hazırda Azərbaycan da kağız daşıyıcılardan imtina edir. Bu, ekoloji tarazlığı təmini üçün nəzərdə tutulub. Rəqəmsal məktəb layihəsi həm əlçatanlığın təmin olunması baxımından zərurətə çevrilib, həm də dünyanın əksər ölkələrində bundan istifadə edirlər. Məsələn, ümumtəhsil məktəblərinə sənədlərin elektron qaydada verilməsi, qiymətləndirmənin rəqəmsal aparılmasını göstərmək olar. Bu zaman valideyn övladının təhsil göstəricilərini çox asanlıqla izləyə bilir. Eyni zamanda, mövcud təhsil prosesini izləyir və bunun əsasında məktəb rəhbərliyilə ilə alaqədə ola bilir”. O qeyd edib ki, rəqəmsal sistemin bu kimi üstünlükləri var: “Oturduğumuz yerdə övladlarımızla bağlı məlumatları əldə edə bilirik. Ancaq rəqəmsal təhsil və əyani təhsil formasına gəldikdə, əyani təhsil rəqəmsal təhsildən qat-qat üstündür. Sadəcə olaraq elə məqamlar yaranır ki, rəqəmsal, yaxud da məsafədən təhsildən istifadə edirik. Yaxud rəqəmsal platformalar bizim təhsil göstəricilərimizə müsbət təsir göstərirsə, xüsusilə də rəqəmsal texnologiyanın inkişaf etdiyi indiki dövrdə ondan imtina mümkün deyil”. Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə şagirdlər bir növ texnoloji alətlərdən asılı vəziyyətə düşüblər: “Hər gün vaxtlarını daha çox planşet, telefon və ya komputerdə keçirirlər. Kağız daşıyıcını əlinə götürüb oxuyan şagirdə az hallarda rast gəlirik. Onlar ya hazırlığa, yaxud birinci sinifə gedən şagirdlərdir. Elə vəsaitlər var ki, onları əldə etmək müəyyən zaman tələb edir. Ancaq rəqəmsal platformalar üzərindən əldə etmək mümkündürsə, onda bu vasitə ilə əldə edirlər. Rəqəmsal kağız daşıyıcıları əvəz edə bilməz. Çünki kağız daşıyıcılarla təmas var, gözü yormur. Ancaq məcburiyyət qarşılığında təbii ki, rəqəmsal vəsaitlərdən istifadə də vacib əhəmiyyət kəsb edir”. Geri qayıt |