Əsas Səhifə > Güney Press > Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdıBu gün, 12:49 |
|
Rusiyanın ən tanınmış və mübahisəli biznesmenlərindən biri, "Antikvar" ləqəbi ilə tanınan İlya Traberin saxlanıldıqdan sonra səhhətinin pisləşdiyi bildirilir. Lent.az xəbər verir ki, Rusiya teleqram kanallarının məlumatına görə, o, gecə saatlarında saxlanıldığı kameradan təcili şəkildə Moskvadakı Federal Təhlükəsizlik Xidmətinin (FSB) Şukinskidə yerləşən hərbi hospitalına aparılıb. Məlumata görə, Traberin vəziyyətinin ağır olduğu bildirilir və onun reanimasiya şöbəsinə köçürülməsi məsələsinə baxılır. Mənbələr xəstəliyin diaqnozunu açıqlamayıb. Bildirilir ki, o, hospitala gücləndirilmiş mühafizə altında çatdırılıb. Bir daha qeyd edək ki, İlya Traber bir neçə gün əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb. Rusiya mediasının məlumatına görə, o, 2020-ci ildə Sankt-Peterburqlu iş adamı və deputat Aleksandr Petrovun sifarişli qətli ilə bağlı cinayət işi çərçivəsində istintaqa cəlb olunub. İstintaq çərçivəsində Traberə məxsus evlərdə və ofislərdə axtarışlar aparıldığı, uzun illər biznes ortağı olmuş Vladimir Danilenkonun da saxlanıldığı bildirilir. Rusiya hüquq-mühafizə orqanları Traberi sifarişli qətlin təşkilində şübhəli bilir. İlya Traber 1990-cı illərdən Sankt-Peterburqun ən nüfuzlu biznes fiqurlarından biri kimi tanınır. O, liman, logistika və neft terminalları sahəsində böyük biznes imperiyası qurub. "Antikvar" ləqəbini isə vaxtilə antik əşyaların alqı-satqısı ilə məşğul olduğuna görə alıb. Traberin adı uzun illər müxtəlif beynəlxalq araşdırmalarda və Rusiya kriminal aləmi ilə bağlı materiallarda hallanıb. Xarici KİV-lər onu Tambov mütəşəkkil cinayət qrupunun nüfuzlu simalarından biri kimi təqdim etsələr də, o, bu iddiaları dəfələrlə rədd edib. İspaniyada onun barəsində aparılan uzunmüddətli araşdırma isə 2018-ci ildə bəraətlə nəticələnmişdi. Hazırda Traberə qarşı irəli sürülən ittihamlarla bağlı istintaq davam edir. Onun təqsiri barədə yekun məhkəmə qərarı hələ qəbul edilməyib. Geri qayıt |