Əsas Səhifə > Güney Press > Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldıBu gün, 12:01 |
|
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Hacıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı cinayət işinə baxılıb. İttihama görə, hadisə 2025-ci ilin fevral ayında gecə saatlarında Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, Akif Hacıyev yaşadığı evin qarşısında olarkən alkoqol sərxoşluğu vəziyyətində olan tanışı, zərərçəkmiş Namiq Əkbərovla (adı, soyadı şərtidir) qarşılaşıb. Bu zaman zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədib, həmçinin onu təhqir edərək “p... balası” ifadəsini səsləndirib. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə gərginləşib. Münaqişə Namiqin təşəbbüsü ilə başlayıb və şəxsi münasibətlər zəminində davam edib. Bu zaman Akif təhqirə görə qisas almaq niyyəti ilə yaşadığı evə daxil olaraq mətbəxdən bıçaq götürüb. Daha sonra o, yenidən həyətə çıxaraq zərərçəkmiş şəxsə bir dəfə bıçaq zərbəsi endirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs aldığı zərbə nəticəsində sağ qasıq nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alıb. Xəsarət sağ ümumi qalça arteriyasının və nazik bağırsaq ilgəyinin zədələnməsi ilə müşayiət olunub. Ekspertiza həmin xəsarəti həm insan həyatı üçün təhlükəli, həm də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır bədən xəsarəti kimi qiymətləndirib. İstintaq orqanı tərəfindən toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə – qəsdən sağlamlığa ağır zərər vurma ittihamı irəli sürülüb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı hadisənin başvermə şəraiti, tərəflər arasındakı münasibətlər, ekspertiza rəyləri və digər sübutlar tədqiq edilib. Məhkəmənin hökmü ilə Akif Hacıyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmündən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, hökmünün dəyişdirililməsini və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsini xahiş edib. Geri qayıt |