|

Moskva meri Sergey Sobyaninin şəxsi "Telegram" kanalı iyunun 21-də axşam saatlarında kiberhücuma məruz qalıb. Hakerlər merin kanalında "Moskva yanacaq" şüarları və Ukrayna Silahlı Qüvvələrinə (USQ) dəstək məqsədilə ianə linkləri yerləşdiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə regional media resursları məlumat yayıb.
Qeyri-qanuni paylaşımlar merin təxminən 40 min abunəçisi olan "Sergey Sobyanin. Şəxsi bloq" (Сергей Собянин. Личный блог) adlı kanalında aparılıb (Sobyaninin digər rəsmi kanalının 358 min abunəçisi var).
"Mediazona" nəşrinin qeyd etdiyinə görə, yerləşdirilən postlar arasında Ukrayna hərbçiləri üçün dronların alınmasını nəzərdə tutan "Spiynota Sternenka" (Спільнота Стерненка) fondunun ianə linkləri də olub.
Hadisədən qısa müddət sonra "Telegram" kanalı girişə bağlanıb, lakin paylaşımların arxiv versiyası "TgStat" xidmətində qorunub saxlanılıb.
İyunun 22-si səhər saatlarında kanalda merin əvvəlki paylaşımları bərpa olunub və sonuncu rəsmi postun tarixi 17 iyun olaraq göstərilib.
Moskva meriyası baş vermiş kiberhücumla bağlı hələlik rəsmi şərh verməyib.

Geri qayıt
|