Əsas Səhifə > Güney Press > Rusiya Xersona hücumlara ara vermir

Rusiya Xersona hücumlara ara vermir


Bu gün, 08:14

Xerson və şəhərin ətrafı Rusiya qoşunlarının hər gün müxtəlif tipli zərbə dronları ilə hücum etdiyi fasiləsiz atəş zonasına çevrilib.

Axar.az xəbər verir ki, bu barədə "Suspilne Novını" məlumat yayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadalarının 30-cu Korpusunun mətbuat katibi Pavlo Droqalın sözlərinə görə, ruslar təkcə 8–14 iyun tarixləri arasında Xersona təxminən iki min pilotsuz uçuş aparatı buraxıb.

Məlumatda bildirilir ki, Rusiya qüvvələri şəhərin ayrı-ayrı rayonlarına kütləvi zərbələr endirmək taktikası tətbiq edir, mülki avtomobilləri hədəfə alır, təcili yardım maşınlarını atəşə tutur və dronlarla bütöv evləri yandırırlar.

Qeyd olunur ki, belə şəraitdə Ukrayna ordusu hava təhdidlərinə qarşı müxtəlif üsullardan istifadə edir: radioelektron mübarizə imkanlarını gücləndirir, prioritet qaydada Oleşki və Dneprin sol sahilində yerləşən digər yaşayış məntəqələrində Rusiya dronlarının bazalarını və uçuş zonalarını hədəfə alır, xüsusi tutucu vasitələrlə pilotsuz aparatları məhv edir, şəhərin özündə isə mobil atəş qrupları fəaliyyət göstərir.


Geri qayıt