Əsas Səhifə > Güney Press > Tramp Avropanın Ukrayna üçün silahlara görə

Tramp Avropanın Ukrayna üçün silahlara görə


Bu gün, 03:49

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda Ukraynaya silah tədarükü üçün Avropa dövlətlərindən əvvəldən ödəniş tələb olunmalı idi, lakin Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya heç kimə bu cür tələblərlə müraciət etməmişdi.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" aviabazasında çıxışı zamanı danışıb.

"Bayden Ukraynaya böyük miqdarda resurs verib və buna görə ödəniş edilməlidir - bunun üçün avropalılar ödəməlidir, lakin onların belə bir niyyəti yox idi. Onlar ödəmədilər və heç kim onların qarşısında belə bir məsələ qaldırmadı", - Tramp bildirib.

O qeyd edib ki, bu məsələyə Parisdə Avropa liderləri ilə görüşündə toxunub.

"Ötən həftəsonu mən Avropa ölkələrinin liderləri ilə görüş keçirdim. Mən dedim: "Bir düşünün, biz sizi ümumi dəyəri 350 milyard dollar olan aviasiya, müxtəlif növ silahlar və digər vasitələrlə təmin etmişik". Bundan sonra mən sual verdim: "Niyə siz bunu etmədiniz (Ukraynaya silah tədarükünün dəyərini kompensasiya etmədiniz - red.)?" - Tramp danışıb. Onun sözlərinə görə, cavab belə olub: "Heç kim bizdən bunu istəməyib".

"İndi onlar ödəyirlər, Avropa ödəyir", - Amerika lideri vurğulayıb.

2025-ci ilin yayında Tramp administrasiyası Ukraynaya silah tədarükü üzrə yeni sxem tətbiq edib ki, bu sxemə əsasən silahlar üçün ödənişi Vaşinqtonun NATO üzrə Avropa tərəfdaşları edir.


Geri qayıt