Əsas Səhifə > Güney Press / Partiya > "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı"

"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı"


Bu gün, 03:55

"Rəsmi məlumat: 2026-cı ilin birinci rübündə Azərbaycan ilə Gürcüstan arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 15.94 mln. dollar təşkil edib. Bu dövrdə Gürcüstandan Azərbaycana köçürülən pul baratlarının həcmi illik müqayisədə 53.2% artaraq 10.32 mln. dollara çatıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında qeyd edən ReAL Partiyasının sədri Natiq Cəfərli ilginc məqama da diqqət çəkib.
Cəfərli qeyd edib: "Tarixən həmişə Azərbaycandan Gürcüstana köçürmələr daha çox olub, Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı, Bakıdakı qohumları onların ayaqda qalmasına yardım edirdi – indi tərsinə olub. Gürcüstandan bura, ölkəmizə fiziki şəxslərin pul köçürməsi artıb, çox güman, bu artımın səbəblərdən biri də, Azərbaycandan qonşu-dost ölkəyə işləməyə gedən, orda pul qazanıb ailələrinə göndərinlərin əməyidir. Urus demiş, «дожили»…"

Geri qayıt