Əsas Səhifə > Güney Press > Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib

Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib


Bu gün, 17:29

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə "Multi Solutions" və "Cibpay" MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən qəbul olunub.

Beləliklə, ölkədə ödəniş təşkilatlarının sayı 9-dan 7-yə düşüb, əvəzində elektron pul təşkilatlarının sayı 13-dən 15-ə qalxıb.


Geri qayıt