Əsas Səhifə > Güney Press > Ermənistan 3 ildir üzvlük haqqı ödəmir
Ermənistan 3 ildir üzvlük haqqı ödəmirBu gün, 16:06 |
|
Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmir. KONKRET.az TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib. “Ermənistan artıq 3 ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, praktik olaraq onun işində iştirak etmir, halbuki de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə, Ermənistan xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır”, – Masadıkov məsələ ilə bağlı sualına cavab olaraq bildirib. O qeyd edib ki, KTMT üzv ölkələri respublikanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər: “Bəli, məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib və nazirlər bu məsələni ətraflı müzakirə ediblər”. Geri qayıt |