Əsas Səhifə > Güney Press > Prokuror “Arzum” ləqəbli tiktokerə cəza istədi

Prokuror “Arzum” ləqəbli tiktokerə cəza istədi


Bu gün, 11:05

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum 999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"DİA-AZ"“Unikal”a xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Proses çıxışlarla davam edir.


Geri qayıt