Əsas Səhifə > Güney Press > “Burma” QSC-nin mənfəəti 2 dəfədən çox azalıb
“Burma” QSC-nin mənfəəti 2 dəfədən çox azalıbBu gün, 09:53 |
|
Çörək və qənnadı məmulatların istehsalı ilə məşğul olan “Burma” QSC 2025-ci ili 359 310 manat mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin mənfəəti 908 335 manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.5 dəfə azalması deməkdir. Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir. Ötən il “Burma” QSC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 14 milyon 962 min manat ikən, 2025-ci ildə 15 milyon 361 min manata yüksəlib (3% artıb). 31 dekabr 2025-ci tarixində “Burma” QSC-nin cəmi aktivləri 11 milyon 500 min manatdan 10 milyon 29 min manata, cəmi öhdəlikləri 10 milyon 529 min manatdan 9 milyon 338 min manata düşüb, cəmi kapitalı isə 179 min manatdan 971 min manata çatıb. Geri qayıt |