Əsas Səhifə > Güney Press > Xocavənddə iş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildi
Xocavənddə iş yoldaşını bıçaqlayan şəxsə şərti cəza verildiBu gün, 09:51 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nurlan İslamovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Nurlan İslamov 2025-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi ərazisində yerləşən və müvəqqəti yaşadığı evdə iş yoldaşları zərərçəkmiş Samir Dadaşov (soyadı şərtidir) və digər şəxslərlə birlikdə yemək yeyib spirtli içki qəbul edib. Bu zaman işlədikləri MMC-yə məxsus “Chevrolet Niva” markalı avtomobilin kəndarası yolda batması ilə bağlı söhbət yaranıb. Təqsirləndirilən şəxs avtomobilin çıxarılması məqsədilə nəqliyyat vasitəsinin ona verilməsini xahiş etsə də, digərə şəxs buna razılıq verməyib. Nəticədə onların arasında sözlü mübahisə baş verib. Mübahisə zamanı Samir də söhbətə müdaxilə edərək Nurlana irad bildirib və tərəflər arasında əlavə söz atışması yaranıb. Bir müddət sonra mübahisə səngisə də, tərəflər arasında gərgin münasibət davam edib. Hadisədən təxminən 20 dəqiqə sonra, həmin gün saat 17 radələrində digər iş yoldaşı onların yanına gələrək şirkətə məxsus “Chevrolet Niva” markalı avtomobilin batdığı yerdən çıxarılması üçün kömək göstərmələrini xahiş edib. Bundan sonra təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs birlikdə hadisə yerinə doğru piyada hərəkət ediblər. Kəndarası yolla gedərkən alkoqol sərxoşluğu vəziyyətində olan Samir əvvəlki mübahisəyə qayıdaraq masa arxasında Nurlana irad bildirməsinin düzgün olmadığını deməsi ilə bağlı narazılığını ifadə edib. Bu isə tərəflər arasında şəxsi münasibətlər zəminində yenidən mübahisənin yaranmasına səbəb olub. Mübahisə zamanı təqsirləndirilən şəxs əvvəlcə Samirin sinə nahiyəsinə təpiklə zərbə endirib və onu yerə yıxıb. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişin qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirib. Hadisədən sonra Nurlan İslamov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdi. Geri qayıt |