Əsas Səhifə > Güney Press > Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnibBu gün, 05:39 |
|
ABŞ-nin "Sabre Corp." korporasiyasının Böyük Britaniyadakı bölməsi Rusiyaya qarşı sanksiya rejimini pozduğuna görə 1,3 milyon dollar məbləğində cərimələnib. Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, bu, Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Böyük Britaniyada kəsilən ən böyük cərimədir. Bildirilir ki, "Sabre Corp." 2022-ci ildən sonra yeddi ay ərzində Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin öz platformasına çıxışını saxlayıb. Bu müddətdə platforma vasitəsilə aviabiletlərin satışı və bronlaşdırılması həyata keçirilib. Geri qayıt |