Əsas Səhifə > Güney Press > Partiya sədrindən deputata SƏRT TƏPKİ: .
Partiya sədrindən deputata SƏRT TƏPKİ: .Bu gün, 16:28 |
|
Deputat Aqil Abbasın tələbələrin yay tətilində Qarabağa gedərək tikinti işlərində könüllü çalışması ilə bağlı təklifi müzakirələrə səbəb olub. Deputat tələbələrin iki ay “avara gəzməkdənsə” faydalı işlə məşğul olmasının daha məqsədəuyğun sayıldığını bildirib. Lakin bu yanaşma cəmiyyətdə birmənalı qarşılanmayıb və bəzi ekspertlər tərəfindən sosial yükün yenidən vətəndaşların, xüsusilə də gənclərin üzərinə qoyulması kimi qiymətləndirilib. Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasətçi Sərdar Cəlaloğlu deputatın mövqeyini sərt tənqid edib.
S.Cəlaloğlu bildirib ki, tələbələrin istirahət hüququnun məhdudlaşdırılması sağlam cəmiyyətin formalaşmasına zərbə vura bilər:
Siyasətçi hesab edir ki, dövlət əhəmiyyətli layihələrin icrası ilə bağlı məsuliyyət ilk növbədə aidiyyəti qurumların üzərinə düşür və bu məsələlər parlamentdə sistemli həll yolları ilə müzakirə edilməlidir. Onun fikrincə, sosial problemlərin həlli üçün davamlı mexanizmlər yaratmaq əvəzinə yükün vətəndaşların üzərinə yönəldilməsi doğru yanaşma deyil. Geri qayıt |