Əsas Səhifə > Güney Press > Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi

Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi


Bu gün, 16:15

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) rusiyalı oliqarx Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” blokundan deputatlığa namizəd Davit Qazinyana qarşı cinayət işinin açılmasına və barəsində həbs qətimkan tədbirinin seçilməsinə icazənin verilməsi ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Komitəsinin tələbini təmin edib.

Teleqraf xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan məlumat verib.

MSK-nın müvafiq qərarı ilə deputatlığa namizədin toxunulmazlığı ləğv edilib.

Vəkil D. Qazinyana qarşı ittihamın rüşvətlə bağlı olduğunu bildirib.


Geri qayıt