Əsas Səhifə > Güney Press > Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur?

Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur?


Bu gün, 11:42

İqtisadiyyat naziri Mikayıl Cabbarov və iqtisadçı deputat Vüqar Bayramov bildirirlər k, ilin 5 ayında ÜDM-in artmaması iqtisadi fəaliyyətlə bağlı ayrılmış büdcə vəsaitlərinin xərclənməməsi ilə bağlıdır.

Bir neçə sual yaranır:

Büdcə Milli Məclisdə qəbul edilib, ölkə başçısı tərəfindən təsdiq olunub. O zaman investisiya layihələrinin icrasına hansı qurum mane olur?
Həmin qurum iqtisadiyyatda yaranmış staqnasiya vəziyyətinə görə hansı məsuliyyət daşıyır?

Təkcə onu qeyd edək:

85 mlrd. dollar valyuta ehtiyatı, böyük neft-qaz gəlirləri olan ölkənin iqtisadi inkişafını 0 rəqəmi ilə göstərmək cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusən, qonşu ölkələrin ÜDM artım göstəriciləri ilə müqayisədə Azərbaycanda bu vəziyyət izaholunmazdır.

Başqa bir sual da var:

Cənab nazir deyir ki, iqtisadiyyatın 71 faizi özəl sektorun payına düşür. O zaman necə olur, büdcədən investisiya xərcləri təxirə düşən kimi ÜDM artmır. Özəl sektorda iqtisadi drayverlər niyə yoxdur, hət şey qalıb büdcənin ümidinə…

Ümid edək ki, hökumət vəziyyəti düzəltmək üçün hərəkət edəcək. Prezidentin aqrar sektora (iri holdinqlər kənarda qalır) 2 mlrd manatlıq dövlət dəstəyinin təmin olunması bardə fərmanı düzgün icra olunarsa, iqtisadi canlanma üçün yaxşı başlanığıcıqdır.

Elçin Rüstəmli
Gununsesi.info


Geri qayıt