Əsas Səhifə > Güney Press > “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”

“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”


Bu gün, 10:53

“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” - FOTO+ÖZƏL

Mərhum meyxanaçı Nizami Rəmzinin qızı Reyhanın sosial şəbəkələrdə yayılan son görüntüləri diqqət çəkib. Paylaşılan kadrlar istifadəçilər arasında müxtəlif müzakirələrə yol açıb. Sosial media platformalarında izləyənlər Reyhanın səhhəti və həyat tərzi ilə bağlı fərqli fikirlər səsləndiriblər. Reyhanın əvvəlki vəziyyətinə qayıtması, yenidən narkotik aludəçisi olması diqqətlərdən yayınmayıb.
Moderator.az-a açıqlama verən mərhum meyxanaçının qızı Heyran Baxşıyeva bildirib ki, bacısı bir müddət əvvəl həbsxanada cəza çəkib:
“O müddətdə yanına gedib-gəldim. Həbsxanadan çıxandan sonra bizə gəlib mənə təşəkkür etdi və bildirdi ki, bir daha əvvəlki vəziyyətinə qayıtmayacaq, iş tapıb işləyəcək. Dedim ki, Nizami Rəmzinin adı var üstündə, pis-yaxşı səsin var, niyə oxumursan? Elə müğənnilər var ki, min yolun yolçusudurlar, amma yenə də mikrofonu əllərindən vermirlər. Bu sözlərimin qarşılığında mənə dedi ki, “bijuteriya satıb dolanıram, qapı-qapı gəzirəm göstərirəm”. Mən ona əlbəttə ki, inanmadım. Çünki Reyhanın nəfəsi uşaqlıqdan yalanla gedib-gəlir. Sonra çıxıb getdi. Bir müddətdən sonra verdiyi nömrə ilə əlaqə saxladıq. Qardaşı dedi ki, həbsxanada birlikdə cəza çəkdiyi xanımla evdən çıxıblar və gəlməyiblər. Bir neçə gün xəbər gəlmədi. Üstündən 1-2 ay keçdi, gördüm yenidən bizə gəlib. Həmin vəziyyətdə idi. Nail Kəmərliyə də xəbər etmişdik ki, harada görsəniz, sizli-bizli tutub reabilitasiyaya aparaq. Bizə gələn kimi çıxıb gedirdi. Bilirdi ki, biz Nailə xəbər vermişik. 2-3 gün bundan əvvəl Nail bizə zəng etdi ki, Reyhanı tapmışam, çəkiliş edəcəyəm. Biz də xahiş etdik ki, nə çəkirsən çək, nə paylaşırsan paylaş amma Reyhana bir faydan toxunsun. Nail bildirdi ki, “öz razılığı ilə getmişəm, Reyhanı reabilitasiya aparacam”. Bu dəqiqə biz Nizami Rəmzinin sənətinin davasını etmirik, bizə lazımdır ki, Reyhana kömək olunsun. Nəzir-niyaz demişəm ki, təki Reyhanı razı salıb, yenidən reabilitasiya mərkəzinə aparsınlar. Hələ ki, mümkün deyil. Reyhanın küçələrdən yığılmağının ən gözəl səbəbi reabilitasiyaya yerləşdirilməsidir. Ötən dəfə bir tanışımız onu yola gətirmişdi. Çünki o şəxs özü də bu yollardan keçmişdi. Biz onunla bacarmırıq. O boyda görkəmli sənətkar Siyavuş Aslan öz oğlu ilə bacara bilmişdi. Sənətkar adam idi, sözünün əvvəli də bıçaq kimi kəsirdi, sonu da. Mən qadın xeylağıyam, biz onunla necə bacaraq?! Nizami Rəmzi sağ olsaydı təkcə özü bacara bilərdi. Hamı bizi qınayır, yazırlar ki, “küçələrə atmısız”. Biz Reyhanı küçələrə atmamışıq. Əksinə onu küçələrdən yığışdırmaq istəyirik, amma bizdən qaçır. O boyda adamın əlini-qolunu tutub sıxıb evdə saxlaya bilmərəm ki.. 45 yaşlı qadına mən nə edə bilərəm?! Yazırlar ki, “fərli bacı olsaydın küçələrə atmazdın”, “fərli kişi olsaydı qızı narkoman olmazdı”. Nizami Rəmzi 35 il bundan əvvəl ölüb, o vaxt Reyhan 10 yaşında körpə qız idi. Nizami Rəmzi hardan biləydi ki, 10 yaşındakı qızı böyüyüb 45 yaşında narkoman olacaq?! Nə qədər bisavad insanlar var həyatda.. Ancaq qınamağı bilirlər. Sizin də gərək başınıza gəlsin onda biləsiz?! Heç kimi qınamayın! Biz böyük briqada ilə Reyhanı tuta bilmirik! Naildən başqa bir neçə briqada ilə də danışmışıq. Özü razılaşmasa bu artıq cinayət işi sayılır”.

Geri qayıt