Əsas Səhifə > Güney Press > ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi

ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi


Bu gün, 08:06

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun malik olduğu bütün artilleriya sursatları və raket-tutucular belə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını tam ödəməyə kifayət etməzdi.

Teleqraf xəbər verir ki, bu barədə Vensin yeni nəşr olunan "Kommunion: İmanıma qayıdış yolunda" (Communion: Finding My Way Back to Faith) adlı kitabında bəhs edilir.

Vensin yazdığına görə, o, 2024-cü ildə ABŞ senatoru olduğu dövrdə Münhen Təhlükəsizlik Konfransında Ukraynanın aparıcı qanunvericilərindən biri ilə görüşüb. Həmin siyasətçi ABŞ-dən Ukraynaya lazım olan hərbi yardımı göstərməsini gözləyirdi.

Vens söhbət zamanı ukraynalı siyasətçidən konkret olaraq nə qədər artilleriya mərmisi və raket-tutucuya ehtiyac olduğunu soruşduğunu bildirib.

"Rəqəmləri eşidəndən sonra ona həqiqəti dedim: ABŞ-də olan bütün ehtiyatları versəydik belə, bu, kifayət etməyəcəkdi", - deyə vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, Ukraynanın bütün tələblərinə "bəli" deməyə çalışan bəzi amerikalı siyasətçilər ya yanlış təsəvvürə malik olublar, ya da sadəlövhlük nümayiş etdiriblər.

Vens əlavə edib ki, həmin söhbət ABŞ-nin dünyadakı mövqelərinin zəifləməsi ilə bağlı onda yaranmış narahatlığı daha da artırıb. O qeyd edib ki, Münhen konfransında iştirak edən bir sıra amerikalı senatorlar da ABŞ-ın əvvəlki kimi dünya siyasətində təkbaşına qərar verə bilməməsindən təəssüfləndiklərini bildiriblər.

Qeyd edək ki, Vensin yeni kitabında onun katolikliyə keçidi və dini baxışlarının siyasi mövqeyinə təsiri də geniş şəkildə təsvir olunur.


Geri qayıt