Əsas Səhifə > Güney Press > Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi

Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi


Bu gün, 16:41

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

“Putinlə görüşmək üçün Moskvaya getməyəcəm. Türkiyədə, İsveçrədə və ya Yaxın Şərq ölkələrindən birində görüşə bilərik”, - Zelenski vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan öncə bəyan etmişdi ki, Volodimir Zelenski istənilən vaxt Moskvaya gələ və Vladimir Putinlə görüşə bilər.


Geri qayıt