Əsas Səhifə > Güney Press > Melonidən Azərbaycan açıqlaması:
Melonidən Azərbaycan açıqlaması:Bu gün, 16:01 |
|
İtaliya Baş naziri Corciya Meloni Ermənistan Baş nazir Nikol Paşinyanı iyunun 7-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Teleqraf xəbər verir ki, İtaliya hökuməti başçısının təbrik mesajında Ermənistan-Azərbaycan sülh prosesinə də yer verilib. “İtaliya Ermənistanın Avropa ilə münasibətlərinin möhkəmləndirilməsi prosesini izləyir və Azərbaycanla münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir. 2025-ci ildə Vaşinqtonda əldə edilən razılaşma mühüm nailiyyətdir. Münasibətlərin normallaşmasının təkcə Ermənistan yox, həm də bütün regionun sabitliyi və rifahı üçün vacib fürsət olduğunu dərk edərək, yekun sülhün bərqərar olması (sazişin imzalanması) istiqamətində atılacaq gələcək addımları dəstəkləmək öhdəliyimizə güvənməyə davam edə bilərsiniz”, - Meloni vurğulayıb. Geri qayıt |