Əsas Səhifə > Güney Press / Ana xəbər > “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir?

“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir?


Bu gün, 13:12

Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir. İddialara görə, Binqəqədi rayonu “Çentralnı” deyilən ərazidə Binəqədi Mall bitişik qanunsuz tikinti işlərinə başlanılıb.

Bu barədə Mediaxeberleri.Az-a daxil olan məlumatda bildirilir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir. Qeyd edək ki, Binəqədi rayonu paytaxt ərazisində qanunsuz tikililərin daha çox yolduğu ərazilərdən biri hesab olunduğu iddia olunur. Bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti ilə bağlı heç bir qeyd yoxdur.

Belə qanunsuz tikililərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir icazə sənədi olmasa da icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “anlaşma” əsasında icra olunur.

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. Hadisə ilə bağlı Mediaxeberleri.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, tikilən qanunsuz obyektin sahibi bir müddət öncə Əcəmi metrosu yaxınlığındakı “Şəki” restoranının ərazusində ağacları kəsərək qanunsuz obyekt tikən şəxsdir. Mənbəmiz bu şəxsin icra başçıları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə öz üslubunda anlaşdığını bildirir.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, tikinti ərazisinin qarşısında iri gövdəli agac kəsilməsi ilə bağlı sosial platormada məlumat yayıldığı iddia olunur. Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.



Geri qayıt