|
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 052,45 ton təzə və ya soyudulmuş alabalıq (forel) idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan alabalığın ümumi gömrük dəyəri 4 milyon 686,7 min dollar olub. Beləliklə, idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,45 dollar (7,57 manat) təşkil edib. Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında alabalıq ən aşağı qiymətə İrandan, ən baha qiymətə isə Norveçdən idxal edilib. İrandan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,44 dollar (7,55 manat), Norveçdən gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri isə 14,14 dollar (24,04 manat) olub. Qeyd edək ki, idxal olunan alabalıq Azərbaycana bu ölkələrdən gətirilib: İran – 1 051,04 ton (1 kiloqramının orta gömrük dəyəri 7,55 manat); Norveç – 1,33 ton (24,04 manat); Türkiyə – 0,07 ton (21,86 manat).
Geri qayıt
|