Əsas Səhifə > Güney Press > Bakının 9 rayonunda bu binalar sökülür
Bakının 9 rayonunda bu binalar sökülürBu gün, 06:07 |
|
Bakıda qəzalı binaların sökülməsi və şəhər infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir. Belə ki, plan çərçivəsində paytaxtın Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında istismar müddəti başa çatmış yaşayış binalarının sökülməsi nəzərdə tutulur. Bu isə evləri plana düşən vətəndaşlar arasında Bakının hansı ərazilərində mənzillərin daha münasib qiymətə olduğu ilə bağlı marağı artırıb. Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, paytaxtda ev və torpaq sahələrinin qiyməti ilk növbədə ərazinin şəhər mərkəzinə yaxınlığı, nəqliyyat imkanları, infrastruktur təminatı və sənədləşmə vəziyyətindən asılıdır: “Hazırda paytaxtda ən bahalı ərazilər mərkəzi rayonlar hesab olunsa da, daha münasib qiymətlərə şəhərətrafı qəsəbələrdə rast gəlmək mümkündür. Nisbətən ucuz fərdi yaşayış evləri və torpaq sahələri əsasən Sabunçu rayonunun Maştağa, Kürdəxanı, Pirşağı, Ramana, Suraxanı ərazisində Hövsan, Zığ, Bülbülə, Qaradağda Lökbatan, Müşfiqabad, Sahil və Ələt qəsəbələrində təklif olunur. Həmçinin Pirallahı rayonu da qiymət baxımından Bakının daha əlverişli ərazilərindən sayılır. Bu ərazilərdə torpağın və evlərin qiyməti mərkəzə yaxın rayonlarla müqayisədə xeyli aşağıdır”. Ekspert bildirib ki, son illər yeni yolların çəkilməsi, kommunal xidmətlərin yaxşılaşdırılması və şəhərin genişlənməsi bəzi qəsəbələrdə qiymət artımına səbəb olub: “Buna görə də bu gün ucuz hesab edilən ərazilər gələcəkdə investisiya baxımından da cəlbedici ola bilər. Lakin alıcılar seçim edərkən təkcə qiymətə yox, torpağın təyinatına, çıxarışın olub-olmamasına, nəqliyyat imkanlarına və ərazinin inkişaf perspektivlərinə də diqqət yetirməlidirlər”. Geri qayıt |