Əsas Səhifə > Güney Press > "Azenco"nun mənfəəti bölüşdürüləcək

"Azenco"nun mənfəəti bölüşdürüləcək


Bu gün, 11:28

İyulun 31-də, saat 14:00-da "Azenco" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq Mingəçevir Dövlət Universitetinin binasında olacaq.

Yığıncağın gündəliyinə şirkətin İdarə Heyətinin və maliyyə-təftiş komissiyasının illik hesabatının təsdiq edilməsi, İdarə heyətinin, Müşahidə Şurasının və Maliyyə-Təftiş komissiyasının yeni tərkibinin seçilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Azenco" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.


Geri qayıt