Əsas Səhifə > Güney Press > Xudavəng Monastır Kompleksi...

Xudavəng Monastır Kompleksi...


Bu gün, 09:53

Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng məbəd kompleksi VI-VII əsrlərdə tikilib.
Abidənin adı qədim türk dilindəki "Xuda" -Tanrı və alban-türk mədəniyyətinə aid "vəng"- məbəd sözlərinin birləşməsindən yaranıb "Tanrı məbədi" mənasındadır.
Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilmişdir. Xudavəngin adı birbaşa "Xaçının baş iqamətgahı və and yeri" olaraq qeyd edilir.
Məbədin bütün divarlarında türklərə aid yazılar, tapılan arxeoloji qazıntılar da sırf türklərin inancına uyğun olan əşyalar idi. Burda tapılan qılınc, bazubənd, təbərzin və digər silahların üstündə türk dilində yazılar olub. Alban xaçkarlarının üstündə də türk dilində yazılar və petroqramlar tapılıb.
Digər xristian mədəniyyətlərində xaç daha çox İsanın çarmıxa çəkilməsini, əzab və ölümü simvolizə etdiyi üçün daha həndəsi və sərt xətlərlə işlənir. Lakin burada biz qədim türklərin inanc sistemini aşkar görürük. Burada olan Alban xaçdaşlarında isə xaç ölüm simvolu deyil, diriliş və "Həyat Ağacı" kimi təsvir olunur.
Eyni simvollar Qərbi Azərbaycandan tutmuş Dərbəndə qədər, Bakıdan tutmuş Təbriz və Borçalı torpaqlarında da kifayət qədər var.
Bu petroqramlar arasında qədim türk tayfalarına, o cümlədən sak-oğuz və xəzər-qıpçaq boylarına aid olan "dağkeçisi", "günəş diski" və şamanist inanclardan gələn "həyat ağacı" simvolları üstünlük təşkil edir.
Kompleksin bəzi sütun başlıqlarında və tağlarında Tenqri və Totemizmə aid dövrünə aid elementlər də görmək olur.
Əfsanəyə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey, xalqın dili ilə Dədə bu kompleksdə dəfn olunduğu üçün "Dədə vəngi" (Müqəddəs ata məbədi) kimi də bura adlanıb.
Dünya tarixində ilk dəfə qadın nəzarətində tikilən Kilsələrdən biri olan Arzu xatun kilsəsi da burdadır. Şərq və Qərb dünyasında memarlıq layihələri demək olar ki, tamamilə kişilərin adı ilə bağlı olan kilsələrdən fərqli olaraq qadın adına kilsənin burda olması coğrafiyamızda qadına verilən yüksək dəyər göstəricisidir.
Memar Sinanın Süleymaniyyə məscidinin tikintisi zamanı istifadə etdiyi format tarixdə ilk dəfə məhz Xudavəngdə olub.
Buranı tikən memarlar kilsələrin günbəzə yaxın divarlarının içərisinə, ağızları içəri tərəfə baxacaq şəkildə boş gil küplər yerləşdirilib ki, keşişlərin oxuduğu dini nəğmələr və dualar bu küplərin içində əks-səda doğuraraq səs gücləndirici aparat effekti yaradırdı.
Mənbələrdə rastıma çıxan maraqlı bir nüans da var..Kompleksin altından meşəlik əraziyə çıxan gizli yeraltı keçidlər olub, indi bu gün bilmirəm qalıb ya yox, lakin o dövrdə basqınlar zamanı əlyazmaları və digər önəmli əşyaları qorumaq üçün bu yeraltı yollardan aparılırdı..
Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır.
Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar.
Hətta XIX əsrdə Rus Pravoslav Kilsəsinin Sinodunun qərarı ilə alban katalikosluğu ləğv edildikdən sonra, erməni keşişləri tərəfindən məbədin unikal akustikasını təmin edən divar daxili gil küplərin içinə sement və gəc doldurularaq binanın ilkin memarlıq xüsusiyyətləri qəsdən korlanmışdır.
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək Ermənistana aparılıb. Bu günün özündə də Avropada “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında sərgilənir.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə unikaldır və yerli türk xalqlarına məxsusdur.
Müəllif: Prof.Dr. Zaur Aliyev - "DİA-AZ"

Geri qayıt