Əsas Səhifə > Güney Press > Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama:

Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama:


Bu gün, 14:11

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə bağlı yenidən diqqətçəkən və qalmaqal yaradan açıqlama verib.

Musavat.com bildirir ki, “Qonaqcanlı” verilişində aparıcının “Konsertinizə nəvələrinizin anası da gəlmişdi, onu dəvət etmişdiniz, yoxsa özü bilet alıb gəlmişdi?” sualına sənətçi belə cavab verib:

“Onu həmişə özü bilet alıb gəlir, mən dəvət etmirəm. Bu dəfə də özü biletini alıb gəlmişdi, sağ olsun.”

Qeyd edək ki, ötən ay Mətanət İsgəndərlinin konsertində keçmiş gəlini Canananın iştirak etməsi gündəm yaratmışdı. Həmin tədbirdə onların üz-üzə gəlməsi və davranışları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.


Geri qayıt