Əsas Səhifə > Güney Press > Sərvəti ölkə büdcələri ilə müqayisə olunan
Sərvəti ölkə büdcələri ilə müqayisə olunanBu gün, 11:51 |
|
Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoil" şirkətinin təsisçisi və ən böyük səhmdarı Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 82-ci pillədə qərarlaşıb. Modern.az “Bloomberg”ə istinadən xəbər verir ki, 75 yaşlı iş adamının 29,5 milyard dollar şəxsi sərvəti var. Onun təsis etdiyi "Lukoyl" şirkətinin 100 mindən çox işçiyə malik olduğu və dünya neftinin 2%-ni istehsal etdiyi vurğulanır. Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keç. Azərbycan Neft və Kimya İnstitutu) bitirib. Geri qayıt |