Əsas Səhifə > Güney Press > Putinin hesablamaları iflasa uğrayıb
Putinin hesablamaları iflasa uğrayıbBu gün, 07:05 |
|
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi artıq müddətinə görə I Dünya müharibəsini geridə qoyub ki, bu da Rusiya Prezidenti Vladimir Putinin hesablamalarının iflasa uğramasının əsas sübutlarından biridir. Axar.az xəbər verir ki, bu barədə britaniyalı şərhçi Çarlz Mur “Teleqrаf” nəşri üçün yazdığı məqalədə bildirib. Müəllif vurğulayır ki, müharibə artıq 1569 gündür davam edir. Rusiya Krım da daxil olmaqla, Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, Moskva işğalın əvvəlində Kremlin ümid etdiyi sürətli qələbəyə nail ola bilməyib. Təqdim olunan məlumatlara görə, Rusiya 350–500 min arasında hərbçisini itirib. Yaralananların və birdəfəlik döyüş qabiliyyətini itirənlərin sayı isə bundan bir neçə dəfə çox ola bilər. Buna baxmayaraq, Rusiya qoşunları əhəmiyyətli strateji uğurlar əldə edə bilməyiblər. “2022-ci ilin fevralında Putin Ukraynaya hücumu “xüsusi hərbi əməliyyat” adlandırırdı, çünki o, faktiki olaraq Ukrayna dövlətçiliyini tanımır və Ukrayna hakimiyyətinin tez bir zamanda süqut edəcəyini gözləyirdi. Lakin artıq bir neçə həftə sonra Rusiya qoşunları Kiyev ətrafından geri çəkilməyə məcbur oldular. İşğal Kremlin gözləntilərinin tam əksinə nəticə verib. Ukrayna kimliyini məhv etmək əvəzinə, müharibə milli birliyi daha da gücləndirib”, - Mur vurğulayıb. Geri qayıt |