Əsas Səhifə > Güney Press > Məhkəmə Seyran Ohanyan haqqında həbs qərarı verdi

Məhkəmə Seyran Ohanyan haqqında həbs qərarı verdi


Bu gün, 15:00

1 mart işi üzrə təqsirləndirilən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib. Buna görə də hakim onun həbs olunmasına qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin sözçüsü "Azadlıq Radiosu"na bildirib.

Xatırladaq ki, Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Respublikasının keçmiş baş nazirinin müavini Armen Gevorqyan 1 mart 2008-ci il hadisələri ilə əlaqədar konstitusiya quruluşunu devirməkdə ittiham olunurdular. Yuri Xaçaturov və Seyran Ohanyan konstitusiya quruluşunu devirməkdə, Robert Köçəryan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda, Armen Gevorqyan isə Ermənistan Respublikasının konstitusiya quruluşunun devrilməsinə kömək etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunurdular.


Geri qayıt