Əsas Səhifə > Güney Press > 200 000 manatlıq dələduzluq edən Seyagiyə

200 000 manatlıq dələduzluq edən Seyagiyə


Bu gün, 14:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə keçirilən məhkəmədə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Seyagi Seymurun 2 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Seyagi Seymurun 7 il, 6 ay müddətinə həbs olunmasını istəmişdi.

Xatırladaq ki, Seymur Seyagiyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 200 000 manatdır.


Geri qayıt