Əsas Səhifə > Güney Press > İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildi
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildiBu gün, 12:11 |
|
Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib. Manset.az-ın əldə etdiyi məlumata görə, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib. Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib. Geri qayıt |