Əsas Səhifə > Güney Press > Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır
Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdırBu gün, 09:43 |
|
Ötən gecə vəfat edən keçmiş diplomat Dursun Həsənov vəzifəli şəxsin qardaşıdır. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mərhumun qardaşı Ramiz Həsənov Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri postunda çalışır. O, eyni zamanda Azərbaycanın Andorra Knyazlığındakı səfiridir. R.Həsənov bundan əvvəl də yüksək dövlət postlarında işləyib. O, 1997-2004-cü illərdə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini, 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-ci dekabrın 14-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin edilib. 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri işləyib. 2018-2021-ci illərdə xarici işlər nazirinin müavini olub. Həsənov qardaşlarının ataları Ayvaz Həsənov da məşhur şəxsdir. A.Həsənov Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini, Gürcüstan Ali Sovetinin deputatı, Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri olub. Geri qayıt |