|
"Rəsmi məlumat yayılıb ki, yay aylarında Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq – yaxşı xəbərdir, ciddi sözümdü..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib. Amma, daha bir addım da atmaq olar. O daha sonra fikrini belə davam etdirir: "Məncə, Operativ Qərargah vətəndaşlara drezina ilə də qonşu ölkələrə getməyə icazə verməlidir.
Bəs necə, dəmir yolu ilə getmək olarsa, bax bu fotoda olan drezinaları yola buraxmaq olar, vətəndaşlar da 2 nəfərlik qrupla drezina ilə sərhəddi keçsin – axı dəmir yolu ilə olarsa, niyə drezina ilə olmasın ki..."
Geri qayıt
|