|

Xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mir Heydər İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Mir Heydər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılaraq xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mir Heydər İsmayılova 8 il, Murad Həziyevə 10 il 6 ay cəza, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyevə bir il sınaq müddəti olmaqla şərti cəza verilib.
Səbinə İsmayılovaya cəza təyin edilməyib.
Təqsirləndirilən şəxslər bir milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.
Xatırlatma: Mir Heydər İsmayılov Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğludur.
Geri qayıt
|